“Azəravtoyol” yollarda rahat və maneəsiz hərəkəti təmin edib

"Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, Respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən respubikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınıb. Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanıb. Lakin ərazilərə cəlb olunmuş maşın-müxanizmlər vasitəsi ilə yollara duz-qum qarışı səpilərək rahat və müneəsiz hərəkət təmin olunub. Bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb.

Cəbhədə erməni təxribatı davam edir

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 41 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Rusiya vətəndaşını

Bakı Ağır Cinayətlər Məhkəməsində Çexiyada axtarışda olan Rusiya vətəndaşı Krillo Smirnovun ekstradisiya ilə bağlı məhkəmə keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, K. Smirnovun barəsində həbs qəti imkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub. O, Çexiyaya ekstradisiya ediləcək.